Ru
20:14 / 02 İyul 2025

Kremlin Bakıya qarşı addımları – Ərdoğanın susmasının səbəbi...

Kremlin Bakıya qarşı addımları – Ərdoğanın susmasının səbəbi...
Eye

FSB-nin (Federal Təhlükəsizlik Xidməti) azərbaycanlılara divan tutması ilə Rusiya ilə Azərbaycan arasında münasibətlər gərginləşib. Ukraynanı Leninin yaratdığını iddia edən raşizmin təbliğat maşını indi də eyni tezisi Azərbaycana qarşı səsləndirməyə başlayıb. Ukraynaya hərbi müdaxilənin ideoloji təməli məhz bu tezislə, Ukraynanın “qondarma dövlət” olması ilə yaradılmışdı.

Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli qeyd edib.

O bildirib ki, Ukraynanı üç günə fəth edəcəklərini bildirən raşizmin təbliğat maşını Azərabycana iri kalibirli raketlərlə zərbə endirməkdən tutmuş Bakının Odessa kimi rus şəhəri elan edilməsinə qədər, hər cür təhdidlər səsləndirir:

“Belə bir zamanda Azərbaycanın dost və müttəfiqlərinin ən azından mənəvi dəstəyinə ehtiyacı var. Ukrayna Prezidenti Vladimir Zelenskinin Prezident İlham Əliyevə zəng edərək raşizmin cəza aparatının Yekaterinburq şəhərində qətlə yetirdiyi azərbaycanlılarla bağlı Ukrayna ictimaiyyətinin başsağlığını çatdırması, Azərbaycanın və Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə bir daha qarşılıqlı dəstək ifadə edilməsi təqdirəlayiqdir.

Azərbaycan dövləti və xalqı Rusiyanın ən sərt təhdidlərinə məruz qaldığı bu günlərdə 57 islam dövlətindən, Türk Dövlətləri Təşkilatına üzv ölkələrdən və ən nəhayət, Şuşa Bəyannaməsini imzaladığımız Türkiyə rəsmilərindən hələlik heç bir dəstək görməyib”.

Ekspert xatırladıb ki, Türkiyə mediasının aparıcı simaları da Rusiyanın Azərbaycana qarşı təhdidini müzakirə mövzusuna çevirməyib:

“34 illik müstəqillik dövründə Azərbaycan raşizmin belə təhdidlərini çox görüb. Belə təhdidlərlə Azərbaycanı qorxutmaq, diz çökdürmək mümkün deyil. Azərbaycan xalqı rus süngüsünə heyran toplumdan fərqli olaraq, raşizmdən qorxmadığını ən zəif vaxtlarında, müstəqilliyinin ilk illərində dəfələrlə nümayiş etdirib”.

Politoloq bütün hallarda Türkiyə liderinin susmasının səbəbinin diqqətçəkici olduğunu xatırladıb.

Aygün,
BakuPost

Şərhlər
  • Bəhi

    Hadisəyə hər şəxsin mövqeyi müxtəlif olur. Hər hansı qarşıdurmanın öz sahəsində operativ həlli-çözülməsi yüksək peşəkarlıq tələb edir! Problemin digər sahəyə yönü münaqişə cəhdi tərəfin təxribatına uymaq, ya uğramaq deyilmi? Hər hansı problemin mümkün operativ həlldən siyasiləşməsi,elə tərsinə, yəni həllsizləşməyə atılması deyilmi? Məncə, ölkəmiz elə tarixi dərsləri keçib? Mülahizə və mühakiməni iki ölkənin hüquq-mühafizə orqanları birgə aparmalıdırlar. 3cü tərəfin qarışması qeyri-peşəkar həll verə bilər?

  • Bəhrami

    Quldarı da, Feodalı da, Etiqad divanını da, Siyasəti də bərabər bölgüyə-ədalətə çəkməyəndə narazılıq, qarşıdurma və münaqişə labüddür? Hadisəni öz sahəsində çözə bilməmək, artıq təxribata uğramaqdır? Siyasiləşdirmə məcburiyyəti problemi peşəkar (professional) həlldən öncə-üst qeyri-müəyyən siyasi müstəviyə-daha uzaq meydana atmış olur?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar