Ru
17:54 / 28 Mart 2024

"Krokus"dakı terrora xarici kəşfiyyat kömək edib - Türkiyəli siyasətçi

"Krokus"dakı terrora xarici kəşfiyyat kömək edib - Türkiyəli siyasətçi
Eye

"Xarici kəşfiyyat Moskva yaxınlığındakı Krasnoqorskda, "Krokus Siti Hall" konsert zalında terror aktının hazırlanmasına kömək edə bilər".

Bakupost.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik deyib NTV-yə açıqlamasında deyib.

"Bu, çox böyük bir salondur - ora girməyin yolunu tapmaq lazımdır, kimsə bunu göstərməlidir", - deyə o vurğulayıb.

Ömər Çelik qeyd edib ki, Yaxın Şərqdən iş axtarmağa gələn insanların heç bir dövlətin kəşfiyyat dəstəyi olmadan peşəkar cinayətkarlara çevirilməsi və bu aksiyanı həyata keçirməsi mümkün deyil.

Onun fikrincə, bu cür hücumların həmişə sponsorları olur:

"İŞİD kənardan yardım olmadan belə bir terror aktını həyata keçirməyə qadir deyil".

Zaur
BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar