Ru
17:44 / 18 İyun 2025

Lənkəranda dəhşətli qəza - 5 nəfər ...

Lənkəranda dəhşətli qəza -  5 nəfər ...
Eye

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az "Unikal"a istinadla xəbər verir ki, hadisə Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "VAZ-21015" markalı nəqliyyat vasitəsi "VAZ-2106" ilə toqquşub. Dərhal əraziyə 3 təcili yardım avtomobili və həkim briqadası cəlb olunub. Qəza nəticəsində xəsarət alan 5 nəfər şəxs Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib, müalicələri müvafiq şöbədə davam etdirilir.


Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar