Ru
12:53 / 17 Yanvar 2023

Madonna bütün paylaşımlarını sildi - FOTO

Madonna bütün paylaşımlarını sildi -  FOTO
Eye

Dünyaca məşhur popçu Madonna sosial media hesabındakı bütün paylaşımlarını silib.

Bakupost.az xəbər verir ki, diqqətçəkən paylaşımları ilə tez-tez gündəmdə olan 64 yaşlı məşhurun 40-cı sənət ilini qeyd etmək üçün dünya turnesi öncəsi belə bir addım atdığı düşünülür.

Qeyd edək ki, əyləncə dünyasındakı bir çox məşhurlar albom, mahnı və ya layihədən əvvəl bütün sosial media paylaşımlarını silməklə gözləntiləri artırır.

Əlavə edək ki, Madonna 1983-cü ildə ilk studiya albomu "Madonna" ilə musiqi dünyasına qədəm qoyub.

Müğənni pərəstişkarları ilə sonuncu dəfə 2019-cu ildə “Madame X” adlı dünya turnesi ilə görüşüb.

Onun İnstaqram hesabında 18 milyondan çox izləyicisi var.

Aygün
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar