Ru
13:48 / 15 İyun 2026

Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş - VİDEO

Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş - VİDEO
Eye

Ötən gün məşhur türkiyəli müğənni Mahsun Kırmızıgül toy məclisində iştirak etmək üçün Bakıya gəlib.

Bakupost.az Manset.az-a istinadən xəbər verir ki, sənətçi tanınmış iş adamının oğlunun toyunda səhnə almaq üçün Bakıya üz tutub.

M.Kırmızıgül “Aral Group”un rəhbəri və bir sıra biznes obyektlərinin sahibi Ahmet Çetinin oğlu Yusufun toy məclisinə gəlib. Toy məclisinə bir sıra yüksək çinli məmurlar, iş adamları, generallar, tanınmış simalar qatılıb. Mərasim Bakının lüks restoranlarından birində baş tutub.

Qeyd edək ki, Ahmet Çetin “Aral Group”un sahibidir. O, Bakıda bina tikintisi ilə məşğuldur, eyni zamanda, bir sıra böyük biznes obyektlərinin sahibidir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar