Ru
19:05 / 02 İyun 2025

Makron oğurlandı ...

Makron oğurlandı ...
Eye

Fransa Prezidenti Emmanuel Makronun mumdan hazırlanmış heykəli oğurlanıb.

Bakupost.az AFP xəbər agentliyinə istinadən xəbər verir ki, heykəl Parisdə yerləşən Grevin Muzeyindən oğurlanıb.

Fransa mətbuatının yaydığı məlumata görə, şübhəlilərin "Greenpeace" ekoloji təşkilatının üzvləri olduğu bildirilir. Onlar muzeyə girdikdən sonra geyimlərini dəyişdirərək özlərini muzey əməkdaşı kimi göstəriblər. Şübhəlilərin heykəli örtüyə bükərək muzeyin təcili çıxış qapısından çıxardıqları qeyd olunub.

Əsərin dəyərinin 40 min avro olduğu bildirilir.

"Reuters"in məlumatına görə, etirazçılar heykəli Ukraynadakı müharibəyə baxmayaraq, Fransanın Rusiya ilə ticarət əlaqələrini davam etdirməsinə etiraz olaraq Parisdəki Rusiya səfirliyinin qarşısına yerləşdiriblər.

Aysel,
BakuPost

Makron oğurlandı ...
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar