Ru
20:00 / 06 İyul 2022

“Mal qıtlığı var” deyib qiyməti süni şəkildə artıranlar cəzalandırılır - Deputat

2845
Artıq neçə gündür bir çox market və mağazalarda bəzi məhsulların miqdarının süni şəkildə azaldılaraq qiymətinin artırılması ilə bağlı mətbuatda məlumatlar yayılıb. Bildirilir ki, müəyyən işbazlar bazarlarda, marketlərdə, mağazalarda süni qiymət artımına yol verirlər.


Bu da ölkədə inflyasiyanı daha da sürətləndir. Belə hallara qarşı hansı antiinflyasiya tədbirləri keçirilirmi?


Məsələ ilə bağlı Bakupost.az -a millət vəkili Azər Badamov açıqlama verib.


Deputat bildirib ki, ölkədə süni qiymət artımlarının baş verməməsi üçün addımlar atılır:




“Son vaxtlar ölkəmizə idxal olunan ərzaq məhsullarının qiymətlərinin artması qaçılmaz olub. Təəssüf ki, bu artımlar davamlı hal alıb. Təbii ki, bu, dünya bazarlarındakı qiymət artımları ilə bağlıdır. Amma bu gün ticarət şəbəkələrində ərzaq çatışmazlığı problemi yoxdur. Hökumətin tərkibində təşkil olunmuş müvafiq komissiya hər həftə daxili bazarlarda monitorinqlər aprır və ərzaq ehtiyatı balansını müzakirə edir. Hansı ərzaq mallarının ehtiyatı azalırsa, o istiqamətdə yenidən ehtiyat bazasının yaradılması üçün dərhal addımlar atılır. İlin əvvəlindən başlayaraq ölkədə süni qiymət artımlarının baş verməməsi üçün antiinfilyasiya tədbirləri davam etdirilir”.


A.Badamov xatırladıb ki, minimum ərzaq səbətinə daxil 30 adda malın ixrac olunmasına müəyyən qaydalar tətbiq olunub:


“Daxili bazarlarda ticarət şəbəkəsinə az mal buraxmaqla mal qıtlığı olduğunu deyərək süni qiymət artımları edənlərə qarşı da ciddi tədbirlər görülür. Yəni müvafiq komissiya tərəfindən monitorinqlər keçirilir və möhtəkirlik halları müəyyən olunanda qanun çərçivəsində cəzalandırılır. Bu işdə ictimai nəzarətin olmasını da vacib hesab edirəm. Hər bir vətəndaş qanunsuz hallara qarşı mübarizə aparmalıdır. Harada ki vəziyyətdən sui-stifadə edərək böyük gəlirlər qazanmaq istəyən işbazlar müşahidə olunarsa, dərhal İqtisadiyyat Nazirliyinin qaynar xəttinə məlumat verilməlidir. Hesab edirəm ki, ictimai nəzarət qanunsuz əməllərlə mübarizədə əsas vasitə olmalıdır”.


Fəridə
Baku Post

Şərhlər
  • Əliikram

    Bu deputat görəsən özü öz nağılına inanır? Hansı konkret tədbir görülüb? Göstərə bilərmi? Yoxsa mən də varam demək istəyib.Bəlkə ümumi nağıl sicillətməsi ilə (konkretlikdən uzaq ) baş qatmaq həvəsinə düşüb.

  • Baba

    Qiymət artımını yuxarıdan mühafizə olunan oliqarx "biznesmenlər", iri marketlər və Azərsun kimi şirkətlərdir.Onlar hansı şərtlərə görə isə mühafizə olunduqlarından bazaeda əsassız və süni qiymət artımları yaradıb artıq qazanc əldə edirlər.Bu uzun müddətdir davam etməkdədir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər