Ru
10:57 / 03 İyul 2025

Masallıda “İstisu” istirahət mərkəzinin ətrafında biabırçı vəziyyət - FOTO

Masallıda “İstisu” istirahət mərkəzinin ətrafında biabırçı vəziyyət - FOTO
Eye

Masallıda “İstisu” kimi tanınan istirahət mərkəzinin yaxınlığındakı meşə zolağı zibil tullantıları ilə çirkləndirilib.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, məsələ ilə bağlı yerli sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, Masallı–Yardımlı yolu boyunca yerləşən müxtəlif meşəlik ərazilər buraya ziyarətə gələn şəxslər tərəfindən zibillənir.

“Əraziyə nəzarət olunmadığı üçün hər gələn özü ilə gətirdiyi ərzağı yeyib-içdikdən sonra qalıqları elə meşəyə atıb gedir. Buna görə də hər tərəf zibil içindədir. Nə təmizləyən var, nə də gələnlərə "dur" deyən”, – deyə sakinlər bildiriblər.

Qeyd edək ki, sözügedən istirahət mərkəzi hər il yay mövsümündə turistlərin sıx ziyarət etdiyi məkanlardan biridir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar