Ru
17:59 / 03 Sentyabr 2024

Mask Braziliyadakı biznesini itirə bilər

1270
Amerikalı sahibkar İlon Maskın Starlink şirkəti biznesmen X sosial şəbəkəsinin bloklanması tələblərinə əməl etməsə, Braziliyada işləmək icazəsini itirə bilər.

Bakupost.az xəbər verir ki, bu barədə G1 telekanalı Braziliya Milli Telekommunikasiya Agentliyi prezidenti Karlos Bayqorrinin bəyanatına istinadən bildirib.

“Bu, inzibati prosedurlar haqqında qanuna uyğundur. Mümkün sanksiyalara xəbərdarlıq, cərimə və lisenziyanın ləğvi daxildir”, - deyə Bayqorri bildirib.

Agentliyin prezidenti əlavə edib ki, hökumət lisenziyanı ləğv edərsə, Starlink ölkədə fəaliyyət göstərmək hüququnu itirə bilər.

Avqustun 17-də X sosial şəbəkəsi senzura məsələləri ilə bağlı ölkənin Ali Məhkəməsi ilə münaqişəyə görə Braziliyada fəaliyyətini dayandıracağını elan etdi.

Avqustun 29-da Braziliyanın Federal Ali Məhkəməsinin hakimi Alexandri de Morais Maska 24 saat ərzində ölkədə platformanın yeni qanuni nümayəndəsini təyin etməyi tələb edib. Lakin sahibkar bu tələbi yerinə yetirməkdən imtina edib.

Avqustun 30-da Braziliya Ali Məhkəməsi sosial şəbəkənin ölkədə fəaliyyətini dərhal dayandırmağı əmr edib.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar