Ru
15:29 / 15 May 2025

Mehriban Xanlarova bədii rəhbəri HƏDƏLƏDİ: "Sənə 24 saat vaxt veririk!"

Mehriban Xanlarova bədii rəhbəri HƏDƏLƏDİ: "Sənə 24 saat vaxt veririk!"
Eye

"Sənə son 24 saat vaxt veririk! Əgər bu müddət ərzində çıxıb üzr istəməsən, həmin hadisəni ictimaiyyətə açıqlayacağam!”.

Bakupost.az xəbər verir ki, bu sözləri sosial media hesabında Əməkdar artist Mehriban Xanlarova yazıb.

O, Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadəyə xəbərdarlıq edib:

“Mehriban Ələkbərzadə, artıq bir aydır səni səssiz və təmkinlə gözləyirik ki, vicdanınla baş-başa qalacaq, cəsarətini toplayaraq şəhid qızı Məsmə Aslanqızından üzr İstəyəcəksən. Nə üçün üzr istəməli olduğunu sən çox yaxşı bilirsən. Bu susqunluq artıq qəbuledilməzdir! Sənə son 24 saat vaxt veririk! Əgər bu müddət ərzində çıxıb üzr istəməsən, həmin hadisəni ictimaiyyətə açıqlayacağam!”.

Xatırladaq ki, Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə, Məsmə Aslanqızına “Az, 20 Yanvar var? Qurtardı 20 Yanvar söhbəti! 20 Yanvar şəhidləri dəbdə deyil!” sözlərini deyib.

Məsələyə münasibət öyrənmək üçün tetarla əlaqə saxladıq. Bildirildi ki, bu barədə hər hansə açıqlama olmayacaq.

Ayxan,
BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar