Ru
21:00 / 18 Yanvar 2023

Mənzil təmiri niyə bahalaşıb? - Ekspertdən açıqlama

Mənzil təmiri niyə bahalaşıb? - Ekspertdən açıqlama
Eye

"Tikinti materiallarının qiymətinin artması əmlak bazarına birbaşa təsir göstərir. Hazırkı vəziyyət daha çox fərdi həyət evləri və yeni binaların tikintisini təsirləndirir".

Bunu Bakupost.az -a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

Onun fikrincə, qiymət artımı yeni tikililərə təsir etsə də, o qədər də böyük fərq yaratmayacaq:

"Pandemiyadan əvvəlki və indiki dövrə baxsaq, tikinti materiallarının qiymətində çox ciddi fərq olduğunu görə bilərik. O zaman sərhədlər bağlı oldu, gediş-gəliş çətinləşdi deyə bəzi tikinti materiallarının qiyməti 2 dəfəyə qədər artdı. O gündən qalxan qiymətlərdə hələ də enmə yoxdur. Əksinə qiymət artımı davam edir".


Elnur Fərzəliyevin sözlərinə görə, mövcud vəziyyət təmir qiymətlərini də artırır:

"Yeni tikilmiş binalarda kərpic, beton materiallar Azərbaycan istehsalıdır. Armaturun bir hissəsi burda istehsal olunur. Bir hissəsi isə Rusiya və Ukraynadan gəlir. Qiymətin artması daha çox binalar tikilib təhvil verildikdən sonra, yəni evlərin təmiri zamanı olur. Təmir xərcləri əvvəlki illərə nisbətən daha bahadır. Qiymət təxminən 20-30%, bəzi tikinti materiallarında isə 40-50 %-a qədər artıb deyə təmir xərci də artır. Əvvəlki illərdə tutaq ki, evin təmirinin kvadratı 250 manata başa gəlirdisə, hal-hazırda bu göstərici 350 manatdan yuxarıdır. Paytaxt ərazisində tikintiyə yararlı boş torpaq sahəsi tapmaq mümkün deyil. Bu da yeni binalardakı mənzillərin qiymətinin artmasına ciddi təsir edir. Torpağın qiyməti artdıqca tikinti sahəsi bahalaşır".

Əfsanə Rəcəb
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar