Ru
15:49 / 20 Fevral 2024

Mercedes 250 min avtomobilini geri çağıracaq

2569
Almaniyanın avtomobil istehsalçısı Mercedes-Benz təxminən 250 min avtomobili geri çağıracaq.

Bakupost.az xəbər verir ki, Almaniyanın Federal Avtomobil Nəqliyyatı Administrasiyasının məlumatına görə, Mercedes-Benz potensial yanğın risklərinə qarşı ehtiyat tədbiri olaraq dünya üzrə təxminən 250 000 avtomobili, o cümlədən Almaniyada 37 000 avtomobili geri çağıracaq.

Bu, Mercedes-in 2023-cü il istehsalı olan AMG GT, C-Class, CLE, E-Class, EQE, EQS, GLC, S-Class və SL modellərinə də təsirsiz ötüşməyəcək.

Almaniyanın DPA agentliyinin xəbərinə görə, Mercedes-Benz ehtiyat tədbiri olaraq yanğın riskindən təsirlənən avtomobillərin müəyyən hissələrini pulsuz əvəz edəcək. Planlaşdırılan dəyişiklik avadanlıqdan asılı olaraq 2 ilə 5,5 saat çəkəcək.


Aygün
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər