Xəbər verdiyimiz kimi, özünü yəhudi əsilli beynəlxalq hüquq müdafiəçisi kimi təqdim edən və “David Seliverstov” adı ilə tanınan şəxsin əsl adının Kazım Elşən oğlu Abbasov olduğu bildirilir. Onun əvvəllər bir neçə dəfə məhkum edildiyi, illər ərzində ölkənin ictimai-siyasi dairələri, media qurumları və yəhudi təşkilatları ilə əlaqələr qurduğu iddia olunur.
"Bakupost" xəbər verir ki, Kazım Abbasov 2011-ci ildə Nəsimi Rayon Polis İdarəsi tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə ittiham irəli sürülüb. Məhkəmənin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Daha sonra Xəzər Rayon Prokurorluğu tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.2-ci (saxta sənədlərdən bilə-bilə istifadə etmə) maddələri ilə cinayət işi başlanıb. Həmin iş üzrə Kazım Abbasov 2 il müddətinə azadlıqdan məhrum edilib və 3500 manat cərimə olunub.
Onun daha sonra Azərbaycanı tərk etdiyi də bildirilir.
Gununsesi.info-nun apardığı araşdırma zamanı isə məlum olub ki, “David Seliverstov” adı ilə tanınan Kazım Abbasov professor Qəzənfər Paşayevin qızı, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayevanın həyat yoldaşıdır.
Qeyd edək ki, Təranə Paşayeva mərhum deputat Qənirə Paşayevanın əmisi qızıdır.
"Bakupost"un əldə etdiyi məlumata görə, Təranə Paşayeva, həmçinin, "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzlərinin təsisçisi və rəhbəridir.
Onu da qeyd edək ki, “David Seliverstov” adı ilə çıxış edən şəxs özünü müxtəlif beynəlxalq hüquq müdafiə qurumlarının nümayəndəsi, yəhudi icması ilə əlaqəli şəxs və xeyriyyəçi kimi təqdim edib. O, Azərbaycan–İsrail münasibətlərinə dair tədbirlərdə iştirak edib və ictimai-siyasi dairələrdə müxtəlif əlaqələr qurmağa çalışıb.
İctimai-siyasi, eləcə Hüquq Müdafiəçisi kimi fəaliyyət göstərən şəxs-vətəndaş neçə müddət müqabillərinə dələduzluq edə bilər, maddi ziyan-zərər də verə bilərmiş?
Yəqin ehtiyac məcbur eləyib, baxmayaraq ki, həyat yoldaşı elmlər doktoru, qaynatası məşhur professor, biznesi də öz yerində və s...
Özünü təqdim edəndə heç bir sənəd yoxlanılır?
Belə çıxır ki, nə həyat yoldaşının, nə də qaynatasının bunun əməllərindən xəbərləri olmayıb...həyat yoldaşı psixalogiya üzrə alim, qaynatası da filologiya üzrə professor...bunun nəyi çatmırmış ki, görün pula olan hərislik, insanı hansı əməllərə sövq edir...