Ru
11:59 / 24 Dekabr 2025

Hakan Fidanın sözünü kəsdilər, mətbuat konfransı yarımçıq dayandırıldı - VİDEO

Hakan Fidanın sözünü kəsdilər, mətbuat konfransı yarımçıq dayandırıldı - VİDEO
Eye

Dünən Suriyanın paytaxtı Dəməşqdə Türkiyənin xarici işlər naziri Hakan Fidan və Suriya xarici işlər naziri Əsaad Əl Şeybaninın birgə mətbuat konfransı yarımçıq kəsilib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Hakan Fidan Fələstinlə bağlı sualı cavablandırarkən onun sözünü yarımçıq kəsərək, mətbuat konfransının başa çatdığını bildiriblər.

Aparıcının bu elanı Hakan Fidanda bir anlıq çaşqınlıq yaradıb. Daha sonra o, suriyalı həmkarı ilə sağollaşıb.

Mətbuat konfransının yarımçıq kəsilməsi bəzi Türkiyə KİV-ləri tərəfindən "Şamda böyük rəzalət" başlığı ilə paylaşılıb.

Türkiyə Xarici İşlər Nazirliyi isə baş verənlərin texniki nasazlıqla bağlı olduğunu bildirib. Nazirliyin sözçüsü Öncü Keçeli deyib ki, konfrans zamanı tərcüməçilərin audio sistemində nasazlıq yaranıb və Fidanın səsləndirdiyi fikirlər tam eşidilməyib. O qeyd edib ki, texniki problem səbəbindən mətbuat konfransını idarə edən Suriya tərəfi Fidanın çıxışının bitdiyini zənn edərək tədbiri bağlayıb.

Öncü Keçeli onu da bildirib ki, yaranmış durum qəsdən müdaxilə və ya siyasi səbəbdən deyil, yalnız texniki problemdən qaynaqlanıb və Suriya tərəfi bu narahatlığa görə Türkiyə nümayəndə heyətindən üzr istəyib.

Fidan əvvəlki çıxışlarında Suriya Demokratik Qüvvələrinin (SDF) Suriyanın dövlət strukturlarına inteqrasiyası ilə bağlı müzakirələr aparıldığını vurğulayıb, bu məsələnin region üçün vacib olduğunu qeyd edib.


Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar