Ru
22:27 / 26 İyun 2024

“Metro Park”ın qaşısında güllələnmə qıza görə olub – Təfərrüat - FOTO

“Metro Park”ın qaşısında güllələnmə qıza görə olub – Təfərrüat  - FOTO
Eye

Xəbər verdiyimiz kimi, bu gün axşam saatlarında Bakının Nərimanov rayonunda, “Metro Park”ın önündə 24 yaşlı Tural Kosayev başından güllələnərək qətlə yetirilib.

Bakupost.az xəbər verir ki, Lent.az hadisənin təfərrüatını yayıb. Bildirilir ki, qətl qız üstündə olub.

Belə ki, hər iki gənc eyni qızı sevirmiş.

Hadisəni törədən 19 yaşlı İsmayıl Allahverdiyev "Ya sən öləcəksən, ya mən" deyərək, 24 yaşlı Tural Kosayevi güllələyib.

Qeyd edək ki, hadisəni törədən İ.Allahverdiyev saxlanılıb.

Fotoda:: 24 yaşlı Tural Kosayev



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar