Ru
10:34 / 15 Dekabr 2025

Metroda problem yarandı - YENİLƏNİB

Metroda problem yarandı - YENİLƏNİB
Eye

“Bakı Metropoliteni”ndə sərnişin sıxlığı səbəbilə hüdud xəttinin keçilməsi və qapıların tutularaq saxlanması müşahidə olunur. Nəticədə, qatarlar stansiyalara daha aşağı sürətlə daxil olur və platformalarda normadan artıq dayanır”.

Bunu Bakupost.az -a açıqlamasında “Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, nəticədə arxadan gələn qatarlar da tunellərdə və stansiyalarda dayanmalı olur. Bu isə qırmızı və yaşıl xətlər üzrə ümumi yubanmalara səbəb olub. Sərnişinlərimizdən xahiş edirik ki, yubanmalara yol verməmək üçün platformalarda təhlükəsizlik qaydalarına riayət etsinlər”.

B.Məmmədovun sözlərinə görə, günün pik saatlarında sərnişi sıxlığını aradan qaldırmaq üçün belə tənzimləmələr edilir:

“Bakı Metropoliteni”ndə hər gün qatarların “Neftçilər” stansiyasından geri qaytarılması baş tutur. Buraya “Memar Əcəmi” stansiyası da daxildir. Bunun məqsədi də sıxlığın aradan qaldırılmasınə nazərətdə saxlamaqdır. Həmin saatlarda “Neftçilər” metrostansiyasından “Koroğluya”, “Memar Əcəmi”dən isə “20 Yanvar”a boş qatarların hərəkəti tənzimlənir”.

****

9:03

Səhər saatlarından etibarən Bakı metrosunda problem yaranıb.


Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hazırda bütün stansiyalarda sərnişin sıxlığı müşahidə edilir.

“Həzi Aslanov” istiqamətində hərəkət edən qatar “İnşaatçılar” və “28 May” tunelində dayanıb.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanlanıb.


Şərhlər
  • Bəhi

    On illərdi ki, onun ilkin 8 lik, yəni iki qapalı dairəsi yada salınır ki, hər hansı birinə düşən-girən sərnişin ən geci 15-20 dəqiqəyə mənzil başına çatacaqdı? Hər sərnişin bütün Bakını, xüsusən *20 Yanvar*-*Əhmədli* dolanmalı olmayacaqdı? *Dərnəgül*, *Bakmil* yubadılmadan *Nərimanova*, *Ulduza*, ya *Koroğlu*ya qapanmalıdır ki, sərnişinlər da tez çatsınlar. Az-qısa-cəld daşıma, sərnişinə da operativ xidmət! Trollebus və tramvayları da SƏRNİŞİNlər üçün ümumsəmərəli istiqamətlərə yönəltmək əvəzinə ağıllı (Zor-Zır zəkalı) *mütixəssislər* söküb atdırdılar? Bu yaxınlarda mənzillərdə qaz təhlükəsinə qarşı da ən sadə ehtiyat tədbiri, yəni hamam, mətbəx, ya hansı otaqda qaz varsa birbaşa tarixən məlum (D100mm) ölçüdə birbaşa dəlik, tüstü-qaz bacası olmalıdır zərurəti bir NƏFƏR yada salırdı ki, qapanma-zəhərlənmə, baş ağrısı-boğulma, yanğın-partlayış olmasın?!

  • Kecmiş idmançı

    Sərnişuinlər xahiş etmir, tələb edir: intervalları azaldın!!!! Kökü buradadır məsələnin! Ehtiyac varsa buna, yeni qatarlar alın! Dövlət vəsaiti hesabına! Və bunu qiymət qaldırmaq üçün əsas gətirməyin!!!

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar