Ru
12:06 / 18 Dekabr 2025

Elm və Təhsil Nazirliyində yeni təyinat – Nazirin müşaviri fondun direktoru oldu

Elm və Təhsil Nazirliyində yeni təyinat – Nazirin müşaviri fondun direktoru oldu
Eye

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Təhsilin İnkişafı Fonduna direktor təyin edilib.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, bu barədə nazir Emin Əmrullayev əmr imzalayıb.

Elm və Təhsil Nazirliyi faktı təsdiqləyib.

Qeyd edək ki, Nicat Məmmədli 1997-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin politologiya ixtisasını, 1999-cu ildə isə BDU-nun (Azərbaycanda siyasi proseslər ixtisası üzrə) magistraturasını fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildə BDU-nun dissertanturasına daxil olub. 2010-cu ildə ABŞ-nin Qərbi İllinoys Universitetinin magistraturasını ictimai siyasət ixtisası üzrə bitirib.

1999-2008-ci illərdə Bakı Dövlət Universitetinin Politologiya və sosiologoya kafedrasında, 2003-2006-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında müəllim işləyib.

2005-2007-ci illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) Baş Katibi olub. 2006-2007-ci illərdə ABŞ-nin Kolumbiya Universitetində sosial siyasət üzrə universitet müəllimlərinin təkmilləşdirilməsi proqramında iştirak edib. Həmin müddətdə ARGTMŞ-in BMT-nin Nyu-York qərargahındakı təmsilçisi olub.

Nicat Məmmədli 2007-ci ilin iyun-dekabr aylarında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkilinin (Ombudsman) aparatında uşaq hüquqları bölməsinin rəhbəri vəzifəsində çalışıb. 2008-2010-ci illərdə ABŞ-nin Qərbi İllinoys Universitetinin magistraturasında təhsil aldığı müddətdə həmin universitetdə müəllim assistenti işləyib.

2010-2013-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial infrastrukturun idarə edilməsi şöbəsində böyük mühəndis vəzifəsində çalışmış Nicat Məmmədli 2013-2018-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.

Nicat Məmmədli 2018-ci ildən Elm və Təhsil Nazirliyində Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri, nazirinin müşaviri kimi müxtəlif vəzifələrdə çalışıb.

İki monoqrafiya, 50-dən çox məqalə müəllifidir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar