Ru
13:16 / 18 Dekabr 2025

Qarabağdan qaçan erməni general da Azərbaycanın siyahısında imiş

Qarabağdan qaçan erməni general da Azərbaycanın siyahısında imiş
Eye

"Azərbaycan tərəfinin təqdim etdiyi ilkin siyahıda "Artsax" Müdafiə Ordusunun komandanı Kamo Vardanyan da var idi".

Bakupost.az xəbər verir ki, bunu Qarabağda ləğv olunmuş separatçı rejimə rəhbərlik edən Samvel Şahramanyan deyib.

"Bu siyahı bizə yolun açılması və əhalinin qayıtması prosesini təşkil etmək tələbi kimi təqdim olunmuşdu", - deyə o qeyd edib.

Xatırladaq ki, K.Vardanyan 2021-ci ildə İkinci Qarabağ müharibəsindən sonra 44 günlük savaşın araşdırılması istiqamətində həbs olunan sabiq separaçtı "müdafiə naziri" Cəlal Arutyunyanın yerinə təyin olunmuşdu.

Erməni generalın 2023-cü ilin oktyabr ayında Həkəri çayı üzərindəki keçid məntəqəsində saxlanıldığı deyilsə də, onun Ermənistana qaça bildiyi məlum olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar