Ru
12:11 / 18 Dekabr 2025

Masazırda 370 ailə susuz qalıb – “Məzun evi”ndə böhran

Masazırda 370 ailə susuz qalıb – “Məzun evi”ndə böhran
Eye

Masazır qəsəbəsində dövlətin valideyn himayəsindən məhrum olmuş gənclər üçün inşa edilən "Məzun evi" layihəsinin sakinləri ciddi problemlə üz-üzə qalıblar.

Bakupost.az Milli.az-a istinadən xəbər verir ki, binanın qazanxanası işləmir, nəticədə sakinlər isti sudan istifadə edə bilmirlər.

Sakinlərin sözlərinə görə, gündəlik gigiyena və normal yaşayış şəraiti üçün vacib olan isti suyun olmaması ailələr üçün ciddi çətinlik yaradır.

Qeyd edilir ki, üç binadan ibarət kompleksdə 370-ə yaxın ailə yaşayır. Ailələrin əksəriyyətində isə azı iki, bəzi hallarda isə üç-dörd uşaq var. İsti suyun uzun müddət verilməməsi xüsusilə uşaqların sağlamlığı üçün risk yaradır.

"İsti su yoxdur, normal təmizlik imkanımız qalmayıb. Uşaqlarımız xəstələnir. Dəfələrlə müraciət etmişik, amma konkret nəticə yoxdur", - deyə sakinlər qeyd ediblər.

Sosial Xidmətlər Agentliyindən bildirilib ki, "Məzun evi" sosial xidmət müəssisəsi çoxmənzilli 3 yaşayış binasından ibarətdir.

"Bildiririk ki, ərazidə mütəmadi olaraq monitorinqlər aparılır və bütün çatışmazlıqlar aradan qaldırılır. Sakinlərin istiliklə bağlı yaranan narahatlığının aradan qaldırılması istiqamətində də müvafiq işlər artıq yekunlaşmaq üzrədir", - deyə qurumdan məlumat verilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar