Ru
09:14 / 16 Noyabr 2024

Milimiz bu gün Estoniya ilə qarşılaşacaq

Milimiz bu gün Estoniya ilə qarşılaşacaq
Eye

Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində Qəbələdə Estoniyanı qəbul edəcək.

Bakupost.az xəbər verir ki, C Liqasının I qrupunun oyunu saat 18:00-da başlayacaq.

Matçı Şotlandiyadan olan FIFA referisi Con Biton idarə edəcək. Qrupun digər görüşündə Slovakiya İsveçin qonağı olacaq. Bu oyunun start fiti Bakı vaxtı ilə saat 23:45-də səslənəcək.

Azərbaycan millisi əvvəlki dörd qarşılaşmada Estoniya (1:3), Slovakiya (0:2, 1:3) və İsveçə (1:3) uduzub.

UEFA Millətlər Liqası

C Liqası, 1-ci qrup

16 noyabr

V tur

18:00. Azərbaycan - Estoniya

Baş hakim: Con Biton (Şotlandiya).

Qəbələ şəhər stadionu.

Qeyd edək ki, I qrupda İsveç və Slovakiyanın 10, Estoniyanın 3 xalı var. Yığmamız isə hələlik xal qazana bilməyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar