Ru
14:45 / 12 Avqust 2022

Millət vəkilindən İranın Qafanda konsulluq açmasına REAKSİYA

7745
Xəbər verdiyimiz kimi, İranın Qafanda fəaliyyət göstərəcək konsulluğuna rəhbər təyin edilib.


Bu barədə İran parlamentinin erməni əsilli deputatı Robert Beglaryan deyib. Deputatın sözlərinə görə, konsul artıq İrəvandadır və bir sıra görüşlər keçirib.


Millət vəkili Aydın Hüseynov Bakupost.az -a açıqlamasında İranın Qafanda konsulluq açmasına münasibət bildirib:


“İranla Ermənistanın diplomatik münasibətlərini hansı çərçivədə qurmaları öz işləridir. Azərbaycan heç bir dövlətin işlərinə qarışmır. Azərbaycan bölgədə sülh və əmin-amanlığın olmasını dəstəkləyən, buna öz töhvəsini verən bir dövlətdir. Qələbəmizdən sonra həm dünyada həm də regionda Azərbaycanın rolu artıb və ona olan baxışlar dəyişib”.

A.Hüseynov bildirib ki, Qafan şəhəri 1988-ci ilə qədər Azərbaycan türklərinin min illərllə sıx məskunlaşdığı bir şəhər olub və bu fakt bütün dünyaya bəllidir:


"Bütövlükdə Qərbi Zəngəzur qədim Azərbaycan torpağıdır. Bununla belə Azərbaycan bu gün dünya reallıqlarını qəbul edir və bu reallıqlar çərçivəsində fəaliyyət göstərir. Zəngəzur dəhlizinin açılması isə beynəlxalq ticarətdə, iqtisadiyyatda, regionun əsas nəqliyyat qovşağına çevrilməsində mühüm rol oynamaqla yanaşı, Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında quru yolunu təmin edəcək”.

Fəridə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər