Ru
13:10 / 05 Fevral 2022

Mirqafar Seyidov işdən çıxarıldı - Yeni təyinat

Mirqafar Seyidov işdən çıxarıldı -  Yeni təyinat
Eye

Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov təqaüdə göndərilib.

Bakupost.az xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, Vilayət Eyvazov əmr imzalayıb.


Əmrə əsasən, M. Seyidov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.


Qeyd edək ki, M. Seyidov uzun müddət Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi və Bakı şəhər Baş Polis İdarəsinin rəisi olub. 2020-ci ildə Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin edilib.


Digər məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinə rəis əvəzi təyin edilib.

Bundan sonra polis polkovniki Nəriman İmanov idarənin rəis vəzifəsini icra edəcək.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar