Ru
11:09 / 07 İyun 2024

“Mirzoyanın iddiaları sülh prosesinə zərbə vurur” - Millət vəkili

1865
“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanın Konstitusiyasında dəyişiklik edilməsiylə bağlı səsləndirdiyi fikirlər süni şəkildə iki ölkənin konstitusiyasını eyniləşdirmək cəhdidir. A.Mirzoyanın səsləndirdiyi bu fikirlərin heç bir hüquqi əsası yoxdur. Ona görə ki, bu konstitusiyalar mahiyyət edibarı ilə eyni deyil”.




Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

O, Ararat Mirzoyanın sözügedən fikirlərinin sülh prosesinə zərbə vura biləcəyini bildirib:

“Ermənistanın əsas qanunda Azərbaycanın ərazisinin bir hissəsi Ermənistan ərazisi kimi tanınır. Halbuki Azərbaycan Konstitusiyasında Ermənistanın ərazisinə heç bir iddia yoxdur. İkincisi, Ermənistan Konstitusiyasında digər qonşu ölkələrin, konkret olaraq Türkiyənin də ərazisinə iddialar var. Azərbaycan Konstitusiyasında isə heç bir qonşu ölkənin, eləcə də Ermənistanın ərazisinə hər hansı bir iddia yoxdur. Mirzoyanın nəzərdə tutduğu məsələ dövlətçilikdə varislik məsələsidir. Çünki Azərbaycan Respublikasının konstitutsiyasında müstəqil Azərbaycan dövləti Azərbaycan Demokratik Cümhuriyyətinin varisi kimi göstərilir. Bu, tamamilə haqlı bir məsələdir. Çünki əcdadlarımız Şərqdə ilk dəfə demokratik cümhuriyyət qurmağı bacarıblar və müstəqil Azərbaycan da bu demokratik ənənələrdən gələn siyasi, hüquqi mirasın varisidir. Burda hər hansı bir qonşu ölkənin ərazisinə iddia yoxdur. Ona görə də Mirzoyan bir ölkənin xarici işlər naziri kimi fikirlərinin ciddi qəbul olunmasını istəyirsə, yaxşı olar ki, Azərbaycan və Ermənistanın Konstitusiyalarını oxuyub müqayisəli təhlil etsin. O zaman görəcək ki, onun səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur. Tam əksinə xarici işlər naziri kimi onun bu iddiaları hazırda həyata keçirilən sülh prosesinə zərbə vura bilər.

Rusiya Federasiyası özünü SSRİ-nin varisi elan edib, Ararat Mirzoyanın məntiqi ilə yanaşsaq, onda Rusiya da konstitusiyasını dəyişməlidir. Əks təqdirdə o da bütün postsovet dövlətlərin hamısının ərazisinə iddia edir. Bu baxımdan Mirzoyanın fikirləri tənqidə dözmür və əsaslı hesab edilə bilməz”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər