Ru
18:57 / 20 İyun 2025

"Möhtəşəm yüz il"in "Rüstəm paşa"sı həbs olunacaq

"Möhtəşəm yüz il"in "Rüstəm paşa"sı həbs olunacaq
Eye

"Möhtəşəm yüz il"in ulduzu, türkiyəli aktyor Ozan Güveni məişət zorakılığına görə real həbs cəzası gözləyir.

Bakupost.az xəbər verir ki, bu barədə "Hürriyet" məlumat verib.

Məşhur türk serialında "Rüstem Paşa" obrazını canlandıran aktyora iki il üç ay müddətinə azadlıqdan məhrum edilmə hökmü verilib. Məhkəmə araşdırması beş il davam edib. Həmin vaxt sənətçinin sevgilisi Deniz Bulutsuz sevgilisinin zorakı rəftarına görə polisə şikayət edib və sübut kimi döyülmə anlarının videosunu təqdim edib.

Güven ittihamları rədd edərək qadına qarşı əks-iddia qaldırıb. Nəticədə məhkəmə Denizin tərəfini saxlayıb, Ozanın iddiası isə rədd edilib. Hələlik o, vəziyyətlə bağlı açıqlama verməyib, onun vəkilləri isə apellyasiya şikayətinə hazırlaşırlar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar