Ru
13:13 / 11 Mart 2022

“Moldovada stadion kimi yerdə qalırıq, çox soyuqdur” - 40 azərbaycanlı çətin durumda - VİDEO

“Moldovada stadion kimi yerdə qalırıq, çox soyuqdur” - 40 azərbaycanlı çətin durumda - VİDEO
Eye

Hazırda Ukraynadan Moldovaya keçib Azərbaycana gəlməyi gözləyən yüzlərlə vətəndaşımız var. Onlardan biri də Sabirabad rayon sakini Telman Bayramovdur.


O, Moldovadakı vəziyyətlə bağlı Bakupost.az -a danışıb.

Bildirib ki, hər gün bir qisim insan Vətənə yola salınır:

“Martın 5-də Ukraynanın Sumı şəhərindən ailə üzvlərim və qohumlarımla birlikdə 15 nəfər Moldovaya keçdik. 6 gün yolda olduq, amma 3 gündür ki, Moldovanın Kişinyov şəhərində stadion kimi bir yerdə qalırıq. Düzdür, çox soyuqdur, amma qida ilə bağlı elə də çətinlik yoxdur. İndi 40-a yaxın azərbaycanlı var burada. Dünən 60-70 soydaşımız Vətənə yola salınıb. Hamını sıra ilə yola salırlar. Hər gün Azərbaycanın Moldovadakı səfiri özü gəlib maraqlanır. Martın 13-də ailə-uşaq təyyarə ilə Vətənə yola düşəcək, mən isə avtobusla gedəcəyəm. Buradan bizi avtobusla Rumıniya aeroportuna aparacaqlar, oradan isə Bakıya 3 gündən bir uçuş olur. Təyyarə ilə yaşlılar, qadınlar, 5 yaşına qədər körpə uşaqlar üçün Azərbaycana uçuş biletinin pulu dövlətimiz tərəfindən ödənilir. Kişilər avtobusla gələrsə, adam başına 95 dollar ödəməlidir”.








Fəridə
Baku Post

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar