Ru
15:57 / 02 Fevral 2023

Moldovadan Lavrovun bəyanatına SƏRT REAKSİYA

3093
Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi Qərbin bu ölkəni "növbəti Ukrayna" kimi nəzərdən keçirdiyinə dair Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bəyanatını rədd edib.


Bakupost.az Moldova KİV-ə istinadla xəbər verir ki, bu barədə nazirliyin rəsmi təmsilçisi Daniel Vode bildirib.

“Biz Rusiya diplomatiyası rəhbərinin reallığa uyğun gəlməyən və Rusiya diplomatiyasının onsuz da məlum hədələyici ritorikasının bir hissəsi olan bəyanatlarını qəti şəkildə rədd edirik. Rusiya tərəfinə xatırlatmaq istərdik ki, Moldova Respublikası Avropa İttifaqına daxil olmaq yolunu seçib. Bu layihə ölkə vətəndaşları tərəfindən dəstəklənir”, - deyə Vode Bildirib.

Xatırladaq ki, Lavrov rusiyalı jurnalistin "hansı ölkə - Qırğızıstan, Qazaxıstan Ukraynanın yolu ilə gedə bilər?" sualına cavab verərkən, "Hazırda Qərb ölkələri “növbəti Ukrayna” rolu üçün Moldovanı nəzərdən keçirirlər" deyib.

Maya Sandu “demək olar ki, hər şeyə hazırdır”. Sandunu prezidentliyə azad demokratik yolla deyil, "kifayət qədər spesifik metodlar"la gətiriblər. Onun Rumıniya vətəndaşlığı var. Sandu NATO-ya qoşulmağa həvəslidir və Rumıniya ilə birləşməyə hazırdır", - Lavrov deyib.

Zaur
BakuPist
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər