Ru
14:54 / 20 Fevral 2026

Moskvada meyitləri tapılan azərbaycanlı ər-arvad...

Moskvada meyitləri tapılan azərbaycanlı ər-arvad...
Eye

Moskvada yaşadıqları binanın qarşısında meyitləri tapılan azərbaycanlı ər-arvad vətənə gətirilərək dəfn olunub.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, cütlüyün nəşi gecə saatlarında Ucar rayonunun Rəstəcə kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, hadisə bir neçə gün öncə Novoya Moskva ərazisində yerləşən "Salaryeva Park" yaşayış kompleksində baş verib.

Bizneslə məşğul olan cütlük bir müddət əvvəl Xantı-Mansi Muxtar Dairəsindən Moskvaya gedib. 1984-cü il təvəllüdlü Vasif Yusif oğlu Nağıyev Ucar rayonunun Rəstəcə kənd sakinidir. Həyat yoldaşı, 1987-ci il təvəllüdlü Aygün Yaqub qızı Hüseynova isə Rusiya vətəndaşıdır.

Əvvəllər rayon ərazisində yerləşən şadlıq evində çalışan V.Nağıyev 10 il əvvəl işləmək məqsədi ilə Rusiyaya gedib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar