Ru
16:13 / 05 Aprel 2024

"M.Teatr" Konyada festivala qatılacaq - FOTO

4832
M.Teatr ölkəmizi Beynəlxalq Teatr Festivalında təmsil edəcək.

Bakupost.az xəbər verir ki, müstəqil M.Teatr - “Mənim Teatrım” Türkiyə Cumhuriyyətinin Konya şəhərində keçiriləcək “Min nəfəs, bir səs” Beynəlxalq Teatr Festivalında iştirak edəcək.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, 19-23 may tarixində kollektiv festivalda Ştefan Svayqın “Yad qadının məktubu” tamaşa ilə çıxış edəcək.

Festival çərçivəsində müxtəlif işgüzar görüşlər, qarşılıqlı teatr mübadiləsi üçün müzakirələr keçirilməsi nəzərdə tutulur.

Məhşur avstriya yazıçı Ştefan Svayqın “Yad qadının məktubu” novellası əsasında hazırlanmış eyniadlı tamaşanın quruluşçu rejissoru Xalq artisti Vidadi Həsənov, bəstəkarı Röya Hüseynova, rəssamı Ülkər Əliyevadır.

Tamaşada rolları Vidadi Həsənov (Hakim), Oksana Rəsulova (Qadın) və Ziya Ağa (Yazıçı) ifa edirlər.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər