Ru
17:06 / 07 Fevral 2023

Mülki şəxslər xilasetmə işlərini yubadır - Türkiyəli alim

1709
“Kahramanmaraş zəlzələsi Türkiyədə son 100 ildə baş verən ən böyük zəlzələdir”.

Bakupost.az xəbər verir ki, bunu Türkiyədə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər barədə danışan Zəlzələ Araşdırma və Tətbiq Mərkəzinin direktoru Həsən Sözbilir "Yeni Şafak"a açıqlamasında bildirib.

Onun sözlərinə görə, zəlzələ zamanı ən azı 3 qırılma seqmenti olub:

"Səthin ümumi qırılma uzunluğu 500 kilometri keçib. Bu, 17 avqust 1999-cu il Gölcük zəlzələsi və 12 noyabr 1999-cu il Düzce zəlzələlərindən daha uzun bir qırılmanın olduğunu göstərir".

Həsən Sözbilir axtarış-xilasetmə və ya yardım qrupundan olmayan, lakin bölgəyə gedən insanlara xəbərdarlıq edib:

"Zəlzələ bölgəsinə gedəndə mülki maşınların yardım və axtarış xilasetmə maşınlarından 10 dəfə çox olduğunu gördüm. Bu dağıntılar altında olanlara yardım göstərilməsi məsələsində gecikmələrə səbəb olur. Saatlıq ömür müddəti getdikcə daralır. Mən hataylı bir alim kimi insanlara səslənmək istəyirəm. Əgər yaxınlarınız və dostlarınızın dağıntıların altından xilas olmasını istəyirsinizsə, o ərazilərə getməyin. Şəhərin giriş-çıxışlarının bağlanmasına səbəb olmayın".

Əfsanə Rəcəb
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər