Ru
11:32 / 20 Oktyabr 2023

Mütəxəssislərdən xəbərdarlıq: Avtomobil sahibləri diqqətli olun!

4295

Havalar soyuduqca avtomobil sahiblərini narahat edən məsələ yenidən gündəmə gəlib.


Bakupost.az xəbər verir ki, mütəxəssislər nəqliyyat vasitələrinə texniki qulluq göstərəcək şəxslərə xəbərdarlıqlar edir.

Mütəxəssislər qış aylarının yaxınlaşması ilə əlaqədar bildirirlər ki, avtomobillərə texniki qulluq göstərilməsinə laqeyd yanaşmaq olmaz.

Qış mövsümündə texniki xidmət göstərilməsə sürücülərin ciddi xərclərlə üzləşə biləcəyi vurğulanır. Mütəxəssislər avtomobillərdə mayenin yoxlanılmasının və texniki baxışın vacibliyinə diqqət çəkiblər.





Türkiyəli texniki xidmət mütəxəssisi Ural Zeybek avtomobilin mühərrik suyunun donmasının mühərrikə böyük ziyan vurduğunu deyib:

“Hər şeydən əvvəl, avtomobilə vaxtaşırı texniki qulluq edilməlidir. Xüsusilə, qış ayları yaxınlaşdıqca, antifriz, pəncərə mayesi və təkərə diqqət edilməlidir.

Qış təkərləri çox əhəmiyyətlidir.

Texniki qulluq aparılmasa, avtomobilin mühərrik suyunun donması mühərrikə ziyan vurmaqla yanaşı, sürücüyə də baha başa gələ bilər. Avtomobilin mühərrikindəki su donduqda, avtomobil əsaslı təmirə məruz qalır.

Təkərlər mövsümə uyğun olmadığı üçün qəzalar qaçılmaz ola bilər. Şüşə suyu donduqda şüşə təmizləmə prosesi həyata keçirilə bilməz”.



Elnur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər