Ru
15:33 / 15 Aprel 2024

Nailəoğlu Baydeni necə xilas etdi? - Beynəlxalq "gey"imizin mübhəm mesajı

5639








Zahid Nurəliyev


İki həftədir konqresmenler, siyasətçilər, ABŞ mətbuatı prezident Baydeni yıxıb-sürüyür. Səbəb onun xristianların (katoliklər) müqəddəs Pasxa bayramını qeyd etdikləri 31 martı Transgenderlərin Görünmə Günü elan etməsidir.

Hadisədən 1 gün sonra - aprelin 1-də Bayden təkzib verib və bildirib ki, Pasxa bayramında Transgenderlər Günü təsis etməyib.




Ağ Evin mətbuat katibi Karin Jan-Pyer isə Transgender Günü ilə katoliklərin Pasxa bayramının "təsadüfən üst-üstə düşdüyünü" deyib.

Amma ABŞ-nin mühafizəkar dairələri və KİV prezidentdən əl çəkmir, iki həftədir tənqidləri davam etdirirlər. Məsələn, demokratları daim tənqid edən "American Thinker" nəşri Baydenin inanclı xristianlar üçün müqəddəs olan Pasxa günündə Transgenderlərin Görünmə Günü elan etməsini "Xristianlığa xəyanət" adlandırıb:

"Özünü nümunəvi katolik kimi təqdim edən Bayden transvestitləri "amerika millətinin can"ı adlandırıb. Bu nə deməkdir? Əsas xristian bayramı olan Pasxa LGBT təbliğatı naminə arxa plana atıla bilməz! Co Baydensə Məsihin bizi günahlardan azad etmək üçün özünün çarmıxa çəkilməsinə razılıq verdiyi günü Transgenderlərin Görünmə Günü elan etdi. Bu, ateist prezidentdən gözlənilə bilərdi, amma özünü nümunəvi katolik adlandıran şəxs belə addım atmamalı idi".

Bu hələ harasıdır?

Amerika nəşri daha sonra yazır:

"Qadına xas xüsusiyyətləri mənimsəyən kişi igid sayılmalıdır? Təbii kişiliyi süni qadınlığa dəyişənlər cəsarətlidirmi? İdmanda qadınların sıxışdırılması və əvəzlənməsi müstəsna bir şeydirmi? Transvestitlərin, yəni qadın striptizini təqlid edən, keçmişi cinayətli kişilərin həyatından hekayələr cəmiyyətimizə töhfədirmi? Yetkin "trans persona"ların "ailə" dreq-şoularında uşaqların gözü qarşısında cinsi hərəkətləri təqlid etməsi mükəmməllik, yoxsa pozğunluğa aparan yoldur?"

Qərəz, Amerika cəmiyyəti demokratik və liberal dəyərlərə üstünlük versə də, öz milli və dini dəyərlərini də üstün tutur. Bu səbəbdən Baydenin ünvanına saysız-hesabsız ittihamlar və suallar yağdırılır. Belə getsə, yaşlı qoca bu sorğu-sualların içində başını itirəcək...




Qoy, Bayden papağını qarşısına qoyub bu suallar barədə düşünməkdə olsun, sizə kimdən deyim, bizim Nailənin oğlundan. Hərgah "papaq" sözündən sonra bu söhbətin yeri yoxdur. Amma nə etmək olar, olan olub.

ABŞ-də transgeder tozanağının qalxdığı bu günlərdə orada yaşayan azərbaycanlı jurnalist Natiq Atakişiyev (Nailəoğlu) fürsəti əldən verməyib, evləndiyini bəyan edib. Öz həmcinsi və həmkarı ilə - telejurnalist Endryu Kordnerlə.

İndi Bayden orda, bizimkilər də burda suallarla baş-başa qalıblar. Sosial şəbəkələr dağılır: Natiq Endryuya ərə gedib, yoxsa Endryu Natiqə? Yəni, çoxları üçün prinsipial məqam bundan ibarətdir: kim kimi... alıb?

Eynilə ABŞ-da olduğu kimi, bizdə də mühafizəkarlar "kişilik, türklük, müsəlmanlıq əldən getdi" tipli reaksiyalar verir, Natiqi "ağ yuyub qara səririlər"...

Bir para müsəlmanlar da var ki, belə xəbərləri yayanları qınayırlar. Hətta söyür və deyirlər ki, belə xəbərləri yayıb cəmiyyətin əxlaqını pozmaq olmaz.

Ən çox qəzəblənənlər də subay qızlardır. Natiqi dönük, Endryunu rəqib gözündə görürlər...

Amma Sizə deyim ki, mən öz toplumlarını qəzəbləndirən Baydenin və Natiq Nailəoğlunun birgə hərəkət etdiklərindən şübhələnirəm. Görünür, Natiq Baydeni qatı xristianlardan müdafiə etmək üçün Endryu ilə evlənib. Yəni, müsəlmanlar arasında Baydendən də qatı tratransgeder tərəfdarları var...

Ona görə də təəccüblənməyin. Qaldı Natiqə, o, bu evliliklə tək subaylığın yox, çox problemlərinin daşını atacaq... Həm də Natiq, nə birincidir, nə axırıncı... Xaricdə vətəndaşlıq almaq üçün özünü "erməni qaçqın" kimi təqdim edən, "qarabala"larla evlənən o qədər evli "kişi"lərimiz var ki... Hələ şükür edin ki, Natiq ağ adamı - Endryunu seçib.

Və sonda... Kimsə sosial şəbəkədə bunu da yazmışdı: Axır ki bizim də beynəlxalq "gey"imiz oldu! Hə, vallah... Lap fəxr ediləsi məsələdir! Neçə illərdir avropalaşa bilmirdik, Nailənin oğlu bizi bir gündə amerikalaşdırdı...





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər