Ru
10:43 / 08 İyul 2025

Ermənistan parlamentinə basqın - DEPUTATLAR DÖYÜLDÜ - VİDEO

Ermənistan parlamentinə basqın - DEPUTATLAR DÖYÜLDÜ  - VİDEO
Eye

Ermənistan parlamentində müxalifət fraksiyasının deputatı Artur Sarkisyanın çıxışından sonra dava düşüb.

Bakupost.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan fraksiyasının deputatı Kristin Vardanyan canlı efirdə məlumat verib.

Parlamentdə Təhlükəsizlik Xidmətinin əməkdaşları, deputatlar və onların köməkçiləri arasında əlbəyaxa dava olub. Parlamentin vitse-spikeri Ruben Rubinyan iclasa fasilə elan edib.

"Ermənistan" (Hayastan) müxalifət fraksiyasının deputatı Kristine Vardanyan canlı yayım zamanı bildirib ki, parlamentdə dava Artur Sərkisyan çıxışından sonra zalı tərk etmək istədiyi zaman “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Vahe Qalumyanımn hücumuna məruz qalması ilə başlayıb.

“Artur Sərkisyan çıxışından sonra deputat toxunulmazlığından məhrum ediləcəyi səbəbindən ailəsi ilə bir neçə saat keçirmək üçün zalı tərk etmək istəyirdi. Lakin Vahe Qalumyan dalınca qaçaraq arxadan ona hücum etdi,” - deyə Vardanyan qeyd edib. O əlavə edib ki, hücumda hakim partiyanın deputatlarının köməkçiləri də iştirak ediblər.

Polis onları ayırmağa çalışıb.


Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar