Ru
23:45 / 28 Yanvar 2022

Narkomanlar, xərçəng və ürək xəstələrinin Türkiyədə effektiv müalicəsi - VİDEO

2760
Famax Medical Tourism şirkətinin təsisçisi, rəhbəri tanınmış azərbaycanlı kardioloq həkim, tibb elmləri namizədi İlkin Babayev 2013-cü ildən Türkiyədə tibbi müayinə və müalicələrin təşkili ilə məşğuldur.

Daha çox İstanbulun tanınmış klinika və həkimləri ilə əməkdaşlıq edən FAMAX 9 ildən artıqdır bu sahədə mövqeyini möhkəmlədib, artıq peşəkar komandası ilə 10-dan çox ölkə ilə əməkdaşlıq edir.

Qazaxıstan, Türkmənistan, Azərbaycan, Ukrayna, Rusiya, Avropa və Şərq ölkələrindən yüzlərlə xəstəni Türkiyə səhiyyəsinin sayəsində müalicə edib.

FAMAX rəhbəri, həkim İlkin Babayevlə Türkiyədə müalicə barədə müsahibəni təqdim edirik:

- Türkiyədə uyğun klinikanı seçərkən nələrə diqqət yetirirsiz?

- Hər pasiyentə uyğun klinika və həkimin seçilməsində bir çox diqqət yetirilməli nüanslar var. Əgər söhbət cərrahi əməliyyatlardan gedirsə, burda cərrah üçün bütün lazımi avadanlıq və neyrocərrahi mikroskop, naviqasion imkanların, məsələn qalxanvari vəzdə əməliyyat olacaqsa, biz neyromonitorun olduğu əməliyyatxana seçirik

Eləcə də personal yaxşı hazırlanmalıdır. Yaxşı peşəkar anestezioloq, əməliyyat briqadası, tibb bacıları olmalıdır.
Əgər stasionar müalicə lazımdırsa, biz palataların şəraiti, personalın xidməti, keyfiyyətinə fikir veririk.

- İstanbulda özəl klinikalar çoxdur. Şirkətiniz özəl klinikalarda həkimləri necə seçir? Daha təcrübəli həkimlərlə işləməyə üstünlük verirsiz?

- Əlbəttə. Biz daha çox CSİ beynəlxalq akreditasiyasından keçmiş klinikalarla, aparıcı, ön öndə gedən universitet klinikaları ilə əməkdaşlıq edirik.

Bizim heç bir klinika qarşısında öhdəliyimiz, asılılığımız yoxdur.

Seçimimizdə azadıq. Biz həkimi seçirik, onun klinikası ilə elə ciddi marağımız yoxdur. Bilirsiz, dünyada elə bir klinika yoxdur ki, orda ölkənin ən yaxşı həkimləri bir arada toplansın.

Klinikalar həm müsbət, həm mənfi tərəflərə malikdir. Çox yaxşı neyrocərrah başqa bir klinikada işləyə bilər.
Bizə xəstəmizə uyğun həkimdirsə, klinikasının fərqi yoxdur.

Əksər hallarda xəstələrimizə kompleks yanaşma və müalicə təklif edirik.

Ola bilər ki, müayinələr bir klinikada aparılsın, amma müalicə və ya əməliyyat başqa klinikada.

Bu müalicə müddətini, xərcləri azaltmağa da səbəb olur. Əsas nəticənin uğurlu olmasıdır.

- Səhiyyə turizmində belə şirkətlər rəqabətdədir. Nəyə görə pasiyentlər FAMAX vasitəçiliyini seçməlidir? Sizi fərqləndirən nədir?

- Biz buna rəqabət deməzdik. Bizim şirkətdə ştatda həkimlər fəaliyyət göstərir. Xəstəni ilk dəfədən həkim qəbul edir. Bu çox vacibdir.
Bizim xidmətimiz pasiyentlə fərdi işləməkdir. Hər xəstəmiz üçün ən xırda detallarına qədər müayinə, müalicə seçilir.

Pasiyentin vaxtına qənaət edilir. Hər şey öncədən tam planlanır.

Müalicə zamanı bizim koordinator daim xəstənin yanında olur, onun danışdığı dildə ona informasiya verir. Xəstə tək olmur.
Koordinatorumuz da tibbi baxımdan savadlı olur.

Müayinə zamanı həm pasiyentin şikayətini doğru dəqiq çatdıra bilir, həm də həkimin sözlərini pasiyentə doğru izah edir.

- Əgər xəstəyə ciddi bir əməliyyat tələb olunursa, cərrah seçimi və əməliyyat necə aparılır?

- Bu suala konkret misal çəkmək istəyirəm. Məsələn, qalxanvari vəzinin əməliyyatı. Bu əməliyyatı kimlər edir: ümumi cərrahlar. Amma ümumi cərrahiyyədə də bölgülər var.

Elə ümumi cərrah var ki, o daha çox öd əməliyyatı edir, eləsi var ki, mammologiya üzrə ixtisaslaşıb və ya mədə üzrə. Amma elə cərrahlar da var ki, onlar hormonal vəzilər, qalxanvarı vəz üzrə daha peşəkardır və gündə 10 belə əməliyyat edir, təcrübələri də çoxdur. Təbii ki, bizə bu əməliyyat üzrə xəstə gələndə biz onu hansısa ümumi cərraha yox, məhz belə ixtisaslaşmış endokrinoloq cərraha çatdırırıq.

Hansı cərrahın hansı sahədə yüksək dərəcəli olmasını və əməliyyatlarının 99% uğurlu olduğuna əmin olduğumuz həkimlər barədə bizim öz informasiya bazamız var. Bu baza illərin təcrübəsindən formalaşır. Bizim öz daxili statistikamız, araşdırmalarımız da var.

Baxırıq, hansı cərrahla əməliyyatlarımız daha uğurlu olub, biz o cərrahlarla əməkdaşlığa davam edirik. Təbii ki, xəstə özü belə bir cərrahı internetdən, saytlardan, Türkiyədəki klinikalardan araşdırıb tapana kimi həftələrlə vaxt lazımdır. Bununla belə yenə də doğru həkimi tapacağı sual altındadır. Pasiyentin profilinə uyğun olmayan həkimə düşmək riski var. Əməliyyatı da bu dərəcə uğurlu olmaya bilər.

Hətta bir problemi müalicə etmək istədiyi yerdə başqa əks təsir ala bilər

- Pandemiya ilə əlaqədar insanlar daha çox koviddən sonrakı ağırlaşmadan şikayətlənir. Elə xəstələriniz olubmu, koviddən sonra sağlamlığındakı problemlərlə əlaqədar müraciət edib və siz onlara kömək etmisiz?

- Kovid az öyrənilmiş geniş bir mövzudur. Hazırda dünyada postkovid xəstəliklər üzrə tövsiyələr var. Postkovid simptomlarının səbəbi qan damarlarında mikrotrombların olmasıdır.

Bu da ürəkdə, baş beyində, böyrəklərdə dəyişikliklər yaradır. Hətta vaksinasiyadan sonra da xəstələrə biz antiaqreqantlar qəbulu tövsiyə edirik ki, qan laxtalalanması və damar tromblaşması olmasın. Amma yenə də xəstədə postkovid sindromu yarandısa, burda kompleks müayinə lazımdır. Koviddən sonra adətən ürək, baş beyin, böyrəklər, qaraciyər zədələnir və müalicəyə ehtiyac olur.

Bu orqanlarda pozulma varsa, buna uyğun bizim postkovid çek-aplarımız var.
Xəstənin reabilitasiyasını həyata keçiririk.

- Son zamanlar gənclər arasında narkotik maddə, alkoqol asılılığı çoxalıb. Bu asılılığın müalicəsi də asan deyil. Narkotikdən xilas olmaq və müalicə üçün klinikalarınız varmı və belə insanlar Türkiyədə müalicə ala bilərlərmi?

- Bəli, var. Belə klinikalardan biri Avropada ikinci belə profilli nəhəng klinikadır.
Burada psixiatriya, nevrologiya bölmələri güclüdür. Orda xüsusi müasir stasionarlar var ki, burada narko və alkoqol asılılıqdan əziyyət çəkənlər yerləşir. Onlarla hər gün psixoterapevtik seanslar keçirilir. Əvvəlcə xəstənin orqanizmi detoksikasiya olunur.

Venadaxili infuziyalarla bədən toksiki maddələrdən təmizlənir. Paralel olaraq psixiatr, psixoloq, narkoloqlar iş aparır. Xəstə reabilitasiyadan keçir. Burda xəstə 30 gün qalır. Bu proqram çox gözəl nəticələr verir. Əksər hallarda gənclər tam bu bəladan qurtulur.

- Bəs hamilə qadınlar, xüsusən riskli hamiləliklərdə Türkiyə klinikalarında doğuşun təşkili də həyata keçirilirmi? Bu zaman daha çox keysəriyyə əməliyyatına üstünlük verilir, yoxsa təbii doğuş. Türkiyədə bu sahədə vəziyyət necədir?

- Bəli, bizə qadınlar müraciət edir ki, övladlarını Türkiyədə dünyaya müasir standartlara uyğun oradakı şərtlərə uyğun dünyaya gətirsin. Bunun üçün hamilələr doğumdan çox xeyli əvvəl, ən azı 3-4 həftə əvvəl müraciət etməlidir. Çünki bizim ginekoloqlar hamiləliyin gedişatını müşayiət etsinlər. Biz onların vəziyyəti, istəyinə uyğun profilli klinika və həkimlər seçirik. Keysəriyyə əməliyyatı ilə doğuş tibbi göstərişlərə əsasən verilir. Pasiyentin və körpənin həyatına təhlükə yoxdursa, ciddi patologiya yoxdursa, təbii normal doğuşa hazırlanır. Çünki keysəriyyə əməliyyatının yan təsirləri və çatışmazlıqları da var.

- Qeyd etdiniz ki, əsasən müraciətlər MDB dövlətlərindən olur. Bu ölkələrdən xəstələr əsasən hansı xəstəliklər üzrə müraciət edir. Məsələn, Qazaxıstandan, Azərbaycandan.

- Əsasən daha çox onkoloji xəstəliklərdir. Son 5 ildə bu xəstəliklər üzrə axın var. Türkiyədə bu sahə üzrə Avropa, Amerikada olan yeni müayinə, müalicə metodları tətbiq olunur. Məsələn, immunoterapiya,target terapiya, yüksək keyfiyyətli şüa terapiyası. Beyin, onurğa beyində, mədə-bağırsaq şişlərinin müasir uğurlu əməliyyatları ustalıqla icra edilir.

İkinci yerdə ortopedik travmatoloji problemlər, onurğa, sümük, oynaqlar, onurğa deformasiyaları, daha sonra döş qəfəsi xəstəlikləri, deformasiyaları. Eləcə də kompleks müayinələr, çek up-lar üçün müraciətlər çoxdur. Çox sayda uyğun paketlərimiz var. 1 günlük ekspress çek uplar, geniş 3-4 günlük çek uplar var.

Çox pasiyentlər Qastro kolonoskopiya müayinələrdən qorxur ki, ağrılıdır, çətindir. Çox böyük kompleks keçirirlər.

Mən buna təəccüblənirdim. Çünki artıq çoxdandır bu müayinələr xəstə yuxuda ikən aparılır. Xəstəyə xüsusi preparat verilir, 20-30 dəqiqə sedasiya altında müayinə aparılır, xəstə heç bir şey hiss etmir, heç nə xatırlamır.

- Bu vaxta qədər neçə xoşbəxt pasiyent FAMAX-la sağlamlığına qovuşub?

- Bu günə qədər 2000-dən bir qədər çox pasiyent FAMAX xətti ilə Türkiyə tibbi xidmətlərindən istifadə edib. Amma 20 min insan müraciət edib. Təbii ki, müraciət edənlərin hamısı sona qədər xidmətdən istifadə etmir. Biz həmişə məsləhət verməyə hazırıq, Türkiyədə müalicə üçün ən rahat qısa yol bizdən keçir.

Medicina.az


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər