Ru
13:06 / 31 Mart 2023

Narkotiki şalvara hopdurub həbsxanaya keçirmək istədilər - FOTO

3234
Bakıda cəzaçəkmə müəssisəsinə narkotiki şalvara hopdurulmuş üsulla keçirmək istəyiblər.

Bu barədə Bakupost.az -a Ədliyyə Nazirliyinin Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Belə ki, Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Oğurluq və soyğunçuluq ilə əlaqədar azadlıqdan məhrum edilmiş şəxsin yanına qısamüddətli görüşə gələn qohumunun gətirdiyi sovqata baxış keçirilən zamanı orada olan şalvarın balağının tikiş hissəsinə hopdurulmuş ümumi çəkisi 0,01 qram olan narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
  • Ramin

    ala bunlar ne hoqqa verir, bu narkotiki tergitdeee en yaxsisi, indi getiren adami da zibile saldin.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər