Ru
17:53 / 30 İyul 2024

Naxçıvanda daha bir vəzifəli şəxs işdən çıxarıldı

Naxçıvanda daha bir vəzifəli şəxs işdən çıxarıldı
Eye

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi vəzifəsindən azad olunub.

Bakupost.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı 30 iyul 2024-cü il tarixli Sərəncama əsasən, Namiq Nəriman oğlu Paşayev Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi vəzifəsindən azad edilib.

Həmçinin eyni tarixli digər Sərəncamla Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti rəisinin müavini Məhərrəm Hüseyn oğlu Abbasova həvalə olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar