Ru
11:39 / 15 Fevral 2025

Naxçıvanda 7 qurum LƏĞV EDİLİR

Naxçıvanda 7 qurum LƏĞV EDİLİR
Eye

Naxçıvan Muxtar Respublikasının 7 rayonunda fəaliyyət göstərən, yolların təmiri və istismarına cavabdeh olan qurumlar ləğv edilib.

Bakupost.az Modern.az-a istinadla xəbər verir ki, "Şahbuz", "Sədərək", "Babək" və "Ordubad", "Kəngərli", "Şərur", "Culfa" Yol Təmir İstismar MMC-ləri ləğv olunduqlarını elan ediblər.

Ləğvin səbəbləri açıqlanmayıb. MMC-lər ləğv prosesi ilə bağlı kreditorlara müraciət ediblər.

Qeyd edək ki, sözügedən MMC-lər əvvəllər Yol Təmir İstismar idarələri kimi fəaliyyət göstəriblər və ötən il təşkilati hüquqi formaları dəyişdirilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar