Ru
20:35 / 29 Noyabr 2022

Nazir Abel Məhərrəmovun general qardaşına yenidən vəzifə verdi - TƏYİNATLAR

4662
Xəbər verdiyimiz kimi, Ədliyyə Nazirliyinin aparatının bir sıra idarələri ləğv edilib, yerlərində yeni idarələr yaradılıb. Bununla bağlı Prezident İlham Əliyev dünən sərəncam imzalayıb.


Qaynarinfo xəbər verir ki, ədliyyə naziri Fikrət Məmmədov ləğv edilən qurumların rəislərini yeni yaradılan idarələrə rəis təyin edib.


Ləğv olunan Kadrlar Baş İdarəsinin yerində yaradılan İnsan resursları Baş İdarəsinə ədliyyə generalı Məhərrəmov Rauf Məmmədəli oğlu, onun müavini vəzifəsinə isə Mahmudov Rəsul Fərman oğlu təyin olunub.


General Rauf Məhərrəmov BDU-nin sabiq rektoru Abel Məhərrəmovun qardaşıdır.


Bu digər ləğv edilən qurumların yerində yaradılan idarələrə də şamil edilib. Belə ki, Strateji planlaşdırma və monitorinq Baş İdarəsinə Qasımov Elçin Lütvəli oğlu, Ədliyyə sahəsində xidmətlər Baş İdarəsinə Məmmədov İlqar Kamil oğlu, İnsan hüquqları və kommunikasiya İdarəsinə Sabitova Aynur Zakir qızı, İnformasiya texnologiyaları və innovasiyalar İdarəsi Səmədzadə Ağakərim Ağasəməd oğlu rəis təyin edilib.
Şərhlər
  • Vətəndaş

    Bu da bir geydirmə general!General çini Azərbaycanda necə paylanıb? Maraqlıdır,Azərbaycada neçə "general" sənədinə malik şəxslərin kimlikləri,hansı regiondan.kimlərin oğlu.qohumu olmasını araşdırsanız ortaya nə çıxacaq?Bu çinlər hansı yüksəliş sırası,. staj,şücaiət ,yerlilik,qohumluq və ya rüşvət ilə verilib? Azərbaycan kimi kiçik dövlətdə bu qədər general yaradılmaası habsı ehtiyacdan ortaya çıxıb?Hələ deyirlər bir kənddən 27 general düzəldiblər!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər