Ru
13:59 / 26 Yanvar 2022

Nazir Mübariz Qurbanlının qardaşı oğluna vəzifə verdi

5799
Samux Rayon Polis Şöbəsinə (RPŞ) xidmət üzrə rəis müavini təyin edilib.

Bakupost.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovnik-leytenantı Emin Qurbanov təyinat alıb.

Qeyd edək ki, o, bu təyinata qədər Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, E.Qurbanov Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşı oğludur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər