Ru
15:11 / 30 İyul 2024

Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumuna yeni vəzifə verdi

Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumuna yeni vəzifə verdi
Eye

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində daha bir kadr dəyişikliyi baş tutub.

Bakupost.az Qaynarinfo-ya istinadla bildirir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Dövlət Yanğından Mühafizə Xidmətinin Maliyyə İdarəsinin rəisi polkovnik Elvin Xanlar oğlu Mehdiyev vəzifədən azad edilib.

Nazir onu başqa vəzifəyə keçirib.

Qeyd edək ki, polkovnik Elvin Mehdiyev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qohumudur. Ramiz Mehdiyevin oğlu, general-mayor Teymur Mehdiyev isə fövqəladə hallar nazirinin müavinidir.

Onu da əlavə edək ki, Elvin Mehdiyev əvvəllər Dövlət Gömrük Komitəsində də yüksək vəzifədə çalışıb və daxili xidmət polkovnik-leytenantıdır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar