Ru
18:56 / 02 İyul 2025

Nazir rəisi işdən çıxardı: Yeni təyinat

Nazir rəisi işdən çıxardı: Yeni təyinat
Eye

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Ağcabədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.

Bakupost.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, daxili xidmət polkovniki Elçin Qoşun oğlu Quliyev işdən çıxarılıb. Onun yerinə Elnur Vidadi oğlu Qənbərov təyin edilib.

Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Qeyd edək ki, polkovnik Elçin Quliyev 2019-cu ilin iyul ayının 30-dan Ağcabədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışırdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar