Ru
19:56 / 24 Yanvar 2025

Nazirlik əməkdaşı ceyran başı kəsib? - Rəsmi açıqlama

Nazirlik əməkdaşı ceyran başı kəsib? - Rəsmi açıqlama
Eye

Şirvan Milli Parkında ceyran ovlanmasında adı hallanan şəxslə bağlı detal məlum olub.

Bakupost.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məlumatda adı qeyd olunan vətəndaş Elvin Əsgərov nazirliyin əməkdaşı deyil.

"Elvin Əsgərov Fövqəladə Hallar Nazirliyi sistemində əvvəllər çalışıb", - deyə nazirlikdən bildirilib.

Xatırladaq ki, milli parkın direktoru Seymur Kərimov polisə müraciət edərək qoruğun Yenikənd kəndinin ərazisində kəsilmiş ceyran başı və iki patron gilizi tapdığını bildirib. Bundan sonra polis hərəkətə keçib və Neftçala rayon sakini Elvin Əsgərov saxlanılıb.

Məlumata görə, Elvin Əsgərov tək olmayıb. İş hazırda Salyan Rayon Polis Şöbəsində araşdırılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar