Ru
20:53 / 11 İyun 2024

"Necə olur ki, ət bahalaşır, dönərsə əvvəlki qiymətə satılır?" - Ekspertdən sərt açıqlama

3233
“Havaların istiləşməsi və son zamanlar dönərdən zəhərlənmə hallarının çox olması bu sahəyə nəzarəti gücləndirib. Burda elə vacib məqamlar var ki, ona diqqət yetirməliyik. Şoklanmamış toyuq dönərlərinin 3-5 gün satış müddəti var. Ortalığa sual çıxır ki, satış müddəti bitmiş toyuq ətləri firmalara geri qaytarıldıqdan sonra o toyuq ətlərinin məhv edilməsiylə bağlı cəmiyyətə hər hansı bir məlumat verilirmi? Əlbəttə ki, yox”.

Bunu Bakupost.az -a açıqlamasında qida təhlükəsizliyi üzrə ekspert İlkin Şirinov deyib.

O, bu sahədə qaranlıq məqamların olduğunu bildirib:

“Gəlin razılaşaq ki, toyuq ətinin qiymətinin bahalaşması dönər ətinə də təsirsiz ötüşmür. Amma bu gün biz bir çox dönərxanalarda qiymətin dəyişməz olaraq qaldığını müşahidə edirik. O zaman bu dönərlər hansı ətdən hazırlanır? Bunların nə baytarlıq sənədi, nə AQTA-nin sertifkatı var. Burda işçilərin də tibbi müayinəsi ciddi məsələlərdən biridir. Dönərxanalarda mayonezləri saxlamaq üçün soyuducular yoxdur. Mayonezin ağzı açılır, mütəmadi istifadə olunur, günlərlə orda qalır və sonda insan orqanizminə zərər dəyir. Bu tip məsələlər bizə dönərxanalarla bağlı qətiyyətli addımlar atmağımıza əsas verir. Amma nədənsə cərimələrlə və müxtəlif variantlarla dönərxanalara təsir göstərilir. Bir neçə gün sonra onlar yenə fəaliyyətlərini davam etdirirlər”.

Qeyd edək ki, AQTA 250 dönər satışı obyektində monitorinq keçirib və onlardan 249-da nöqsanlar aşkar edilib.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər