Ru
15:39 / 25 İyun 2025

Neft niyə kəskin ucuzlaşdı? - Açıqlama

Neft niyə kəskin ucuzlaşdı? - Açıqlama
Eye

Dünya bazarlarında neft ucuzlaşmaqda davam edir. Hazırda “Brent” markalı neft 68,08 dollara, yüngül neft 65,30 dollara, "Azəri Layt" markalı Azərbaycan nefti isə 72,12 dollara təklif edilir. Bakı neftinin 1 barrelinin qiyməti isə ötən günlə müqayisədə 7,96 dollar, yaxud 9,94% azalıb.

Neftin kəskin ucuzlaşmasına səbəb nədir?

Məsələ ilə bağlı Bakupost.az -a danışan Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban bildirib ki, ucuzlaşma İran faktoru ilə bağlıdır:

“Əgər biz İsrailin İrana hücumundan əvvəlki dövrə baxsaq, neftin qiyməti 68–69 dollar arasında ticarət edilirdi. Həmin hücumdan sonra isə neftin ən yüksək partiyası 81 dollar 13 sentə qədər bahalaşdı. Artıq bu faktdır ki, iki ölkə arasında atəşkəsin əldə olunmasından sonra müharibə zamanı heç bir neft obyektinin hücuma məruz qalmadığı məlum olduqda risklər aradan qalxdı və neft yenidən əvvəlki məcrasına qayıtdı. Yəni müharibə risk deməkdir. Bu risklər də özünü qiymətlərdə əks etdirir. Risk aradan qalxdıqda isə qiymətlər əvvəlki vəziyyətinə qayıdır.”

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar