Ru
20:27 / 21 Oktyabr 2024

Nəhəng balqabaq sahibinə birincilik qazandırdı - FOTO

 Nəhəng balqabaq sahibinə birincilik qazandırdı - FOTO
Eye

Kaliforniyada balqabaq müsabiqəsində iştirak edən Trevis Qincerin Minnesota ştatındakı bostanında yetişən nəhəns balqabaq birinci yeri tutub.

Bakupost.az xarici KIV-ə istinadən xəbər verir ki, “monstr” balqabağın çəkisi 1121 kiloqramdır.

Dünya rekordu 1247 kq olduğu üçün bu dəfə balqabaq Ginnesin Rekordlar kitabına düşməsə də, sahibinə bu yarışmada birincilik mükafatı qazandırıb.

Trevis bağbanlıq üzrə professionaldır. 3 ildir ki, belə müsabiqələrdə qalib gəlir. O bildirib ki, nəhəng tərəvəzlər yetişdirməkdə əsas sərt sağlam toxum, kök və bol gübrədir.

Aygün Musayeva, BakuPost


 Nəhəng balqabaq sahibinə birincilik qazandırdı - FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar