Ru
21:31 / 17 İyul 2025

Netanyahudan gözlənilməz addım: Qolanla Dəməşq arasındakı ərazini...

Netanyahudan gözlənilməz addım: Qolanla Dəməşq arasındakı ərazini...
Eye

İsrailin Baş naziri Benyamin Netanyahu Suriya ordusunun Dəməşq və Qolan təpələri arasındakı əraziyə daxil olmasının qarşısını almaq üçün həmin bölgənin qapalı hərbi zona elan edildiyini bəyan edib.

Bakupost.az xəbər verir ki, bu barədə İsrailin nüfuzlu nəşrlərindən olan "Tayms of Israel" məlumat yayıb.

Netanyahu açıqlamasında bildirib ki, İsrail artıq aydın və sərt bir siyasət müəyyən edib. Onun sözlərinə görə, Dəməşqin cənubundan Qolan təpələrinə qədər uzanan ərazi demilitarizasiya edilməlidir və bu ərazi İsrailin birinci qırmızı xəttidir:

“Biz açıq şəkildə bəyan edirik: Dəməşqin cənubundakı ərazinin demilitarizasiyası – Qolan təpələrindən Druz dağlarına qədər – bizim birinci qırmızı xəttimizdir”.

Baş nazirin ikinci “qırmızı xətti” isə bölgədəki druz əhalisinin qorunması ilə bağlıdır:

“İkinci xətt isə qardaşlarımızın qardaşları olan druzların təhlükəsizliyidir. İsrail, silahlı qüvvələrin Dəməşqin cənubuna enməsinə və Cəbəl Druz bölgəsindəki druz icmasına zərər verilməsinə imkan verməyəcək”.

Xatırladaq ki, Qolan təpələri hazırda İsrailin nəzarətindədir və BMT tərəfindən Suriya ərazisi kimi tanınır. Eyni zamanda, Cəbəl Druz bölgəsi əsasən druz dini azlığı tərəfindən məskunlaşdırılmış, strateji əhəmiyyətli bir ərazidir. Bu bölgədə hazırda həm Suriya ordusunun, həm də müxtəlif yerli silahlı qruplaşmaların hərbi fəallığı müşahidə olunur.

Netanyahunun bu bəyanatı Suriyanın cənubunda davam edən gərginliyin və İsrailin təhlükəsizlik narahatlıqlarının fonunda verilib. Müşahidəçilər bu açıqlamanı İsrailin Suriyadakı hərbi proseslərə birbaşa müdaxilə xəbərdarlığı kimi qiymətləndirirlər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar