Ru
20:54 / 08 İyul 2025

Ohanyan İstintaq Komitəsinin diqqətində: Onunla bağlı hansı qərar verildi?

Ohanyan İstintaq Komitəsinin diqqətində: Onunla bağlı hansı qərar verildi?
Eye

Ermənistan sabiq müdafiə naziri Seyran Ohanyan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsindən bildirilib.

Müxalif “Hayastan” fraksiyasının rəhbərinə qarşı Ermənistan Respublikası Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham irəli sürülüb: vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, çirkli pulların yuyulması və gəlir bəyannaməsində yalan məlumatlar təqdim etmək.


Qeyd edək ki, Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın deputat toxunulmazlığı ləğv edilib.

Ötən həftə Ermənistanın Baş prokuroru sabiq müdafiə naziri, müxalif "Hayastan" fraksiyanın rəhbəri Seyran Ohanyanın deputat toxunulmazlığından məhrum edilməsi ilə bağlı parlamentə vəsatət təqdim edib.

Xatırladaq ki, "Hayastan" fraksiyasının rəhbərinə qarşı qaldırılmış cinayət işi 2010-2015-ci illərdə Geqarkunik vilayətinin Draxtik icmasında 10,5 min kvadratmetr ərazinin qanunsuz mənimsənilməsinə aiddir. Ohanyan bu ərazini müdafiə naziri kimi mənimsəməkdə və büdcə hesabına malikanə tikməkdə ittiham olunur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar