Sabiq səhiyyə naziri Oqtay Şirəliyevin bacısı Rəna Şirəliyeva qardaşının səhhəti ilə bağlı açıqlama verib.
Bakupost.az bildirir ki, Rəna Şirəliyeva Qaynarinfo-ya açıqlamasında keçmiş nazirin səhhətinin hazırda normal olduğunu deyib:
"Oqtay müəllimin səhhəti hazırda normaldır və özünü yaxşı hiss edir. Onun vəziyyətinin ağır olması ilə bağlı məlumatı hardansa eşidib, yazırsız... Amma mən deyirəm ki, səhhəti normaldır".
Rəna Şirəliyeva Oqtay Şirəliyevin xaricdə müalicə alıb-almaması xəbərinə isə belə reaksiya verib:
"Dedim ki, Oqtay müəllimin səhhəti normaldır, özünü yaxşı hiss edir".
Məsələ ilə bağlı keçmiş səhiyyə nazirinin qızı Nərmin Şirəliyeva News24.az-a belə deyib:
"Mən heç bir şərh vermirəm. Hörmətli həmkarlar, mən bunu şərh etməyəcəyəm. Sizdən qəbul edəcəyim yeganə suallar yalnız işimlə bağlı ola bilər. Mən “Cosmos Group”un tədbirlər üzrə direktoruyam. Hər hansı şəxsi suala cavab vermirəm...
Keçmiş nazirin qızı fikirlərini tamamladıqdan sonra dəstəyi asıb.