Ru
10:51 / 20 Aprel 2026

Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı

Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
Eye

Marneuli bələdiyyəsinin Yuxarı Saral kəndindən olan 24 yaşlı Aysun Quliyeva Tbilisidə faciəvi şəkildə vəfat edib.

Bakupost.az xəbər verir ki, gənc qızın meyiti Tbilisidə yaşadığı mənzildə asılmış vəziyyətdə aşkar edilib. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Məlumata əsasən, hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və əraziyə baxış keçirilib. Faktla bağlı araşdırmaya başlanılıb, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

Mərhumun cəsədi müvafiq ekspertiza üçün tibbi müayinəyə göndərilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar