Ru
10:43 / 20 Aprel 2026

"Azərpoçt"un rəhbəri işdən çıxdı - Yeni təyinat

"Azərpoçt"un rəhbəri işdən çıxdı -  Yeni təyinat
Eye

Azərpoçt MMC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsini icra edən İsi Mustafayev işdən çıxıb.

Bakupost.az Report-a istinadla xəbər verir ki, o, PAŞA Kapital İnvestisiya Şirkəti QSC-nin İH sədrinin müşaviri vəzifəsinə təyinat alıb.

Trend-in məlumatına görə, Azərpoçt MMC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsinə AZCON Holding-də Baş Maliyyə Direktorunun müavini Manaf Babayev təyin edilib.

Xatırladaq ki, İ.Mustafayev 2000-ci ildən müxtəlif şirkət və banklarda iqtisadçı və departament direktoru kimi rəhbər vəzifələrdə çalışıb, 2021–2022-ci illərdə "Azərpoçt"un baş direktorunun müavini vəzifəsini icra edib, həm də şirkətin İdarə Heyətinin üzvü olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar