Ru
10:23 / 08 Yanvar 2022

Ordumuzda narkomaniyaya qarşı maarifləndirmə işi aparılacaq

Ordumuzda narkomaniyaya qarşı maarifləndirmə işi aparılacaq
Eye

Azərbaycan Ordusunda narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair 2022-ci tədris ili üçün birgə tədbirlər planı hazırlanıb.

Bakupost.az xəbər evrir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Plana əsasən ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində aparılan maarifləndirmə tədbirləri çərçivəsində Azərbaycan Ordusunun hərbi hissə və birləşmələri, xüsusi təyinatlı təhsil müəssisələrində seminar və görüşlərin keçirilməsi nəzərdə tutulub.

Tədbirlərdə cəmiyyət arasında gənclərin bu zərərli vərdişlərə meyillilik hallarının qarşısının alınması istiqamətində görülən işlər, Azərbaycan Ordusunda narkomaniyaya qarşı mübarizə tədbirləri, o cümlədən narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkotik asılılığın formalaşma mərhələləri, narkomaniyanın doğurduğu faciələr və digər mövzularla bağlı ətraflı məlumat veriləcək.

Keçiriləcək seminar və görüşlərdə hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar